AZ

Azərbaycan və Türkiyə biznes əməkdaşlığının inkişafı müzakirə olunub

Azərbaycan ilə Türkiyə arasında iqtisadi və ticarət əlaqələrinin mövcud vəziyyəti və genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Day.Az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Türkiyənin İsparta Ticarət və Sənaye Palatası İdarə heyətinin sədri Metin Çelik ilə görüşüb.

 

Görüşdə Azərbaycan ilə Türkiyə arasında iqtisadi və ticarət əlaqələrinin mövcud vəziyyəti və genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər iki qardaş ölkə arasında biznes əlaqələrinin daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Müzakirələr zamanı sənaye, kənd təsərrüfatı, turizm və digər qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib, iş adamları arasında əlaqələrin gücləndirilməsi və birgə layihələrin təşviqi imkanları diqqətə çatdırılıb.

Tərəflər qeyd ediblər ki, bu cür görüşlər Azərbaycan ilə Türkiyə arasında iqtisadi tərəfdaşlığın dərinləşdirilməsinə, qarşılıqlı investisiyaların artmasına və yeni əməkdaşlıq istiqamətlərinin formalaşmasına mühüm töhfə verir.

Seçilən
1
10
day.az

10Mənbələr