AZ

Azərbaycan ilə Türkiyə arasında görüşlər iqtisadi tərəfdaşlığın dərinləşdirilməsinə mühüm töhfə verir

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı, 6 may, AZƏRTAC

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Türkiyənin İsparta Ticarət və Sənaye Palatası İdarə heyətinin sədri Metin Çelik ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında iqtisadi və ticarət əlaqələrinin mövcud vəziyyəti və genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər iki qardaş ölkə arasında biznes əlaqələrinin daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Müzakirələr zamanı sənaye, kənd təsərrüfatı, turizm və digər qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib, iş adamları arasında əlaqələrin gücləndirilməsi və birgə layihələrin təşviqi imkanları diqqətə çatdırılıb.

Tərəflər qeyd ediblər ki, bu cür görüşlər Azərbaycan ilə Türkiyə arasında iqtisadi tərəfdaşlığın dərinləşdirilməsinə, qarşılıqlı investisiyaların artmasına və yeni əməkdaşlıq istiqamətlərinin formalaşmasına mühüm töhfə verir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
10
azertag.az

10Mənbələr