AZ

Millinin baş məşqçisi bu təklifi qəbul etmədi, başqa təşəbbüs irəli sürdü

U-20-nin baş məşqçisi Rui Jorge AFFA-nın təklifini dəstəkləməyib.

Saytımız bu barədə federasiyadan məlumat əldə edib.

Qurumdan redaksiyamıza daxil olan informasiyaya görə, portuqaliyalı mütəxəssis komandanın I Liqada iştirak təşəbbüsünə isti yanaşmayıb.

AFFA yeni yaradılan millinin növbəti mövsümdən etibarən I Liqada mübarizə aparmasını istəyir.

Portuqaliyalı mütəxəssis təklifi bəyənsəydi, yığma aşağı dəstədə müsabiqədənkənar yarışacaqdı.

Rui Jorge başqa ideya verib. O, «bizə hər ay üç həftəlik təlim-məşq toplanışı təşkil edin, kifayətdir» deyib.

2027-ci ildə FİFA-nın U-20 dünya çempionatına Azərbaycan və Özbəkistan birgə ev sahibliyi edəcək.

AFFA-nın yuxarı eşalonu bu qənaətdədir ki, komanda həmin vaxtadək daim bir yerdə olmalı, oyun praktikası qazanmalıdır.

I Liqanı bunun üçün ən uyğun yer görürlər. Rui Jorge ideyanı bəyənsəydi, gələn sezonda çempionatda iştirakçı sayı artıq 10 deyil, 12 olacaq.

II Liqada ilk iki pilləni tutanlar birbaşa I Liqaya vəsiqə qazanacaq. Üçüncü yerin sahibi isə I Liqanın doqquzuncusu ilə pley-off oyunu keçirəcək.

SPORTİNFO.AZ

Seçilən
15
1
sportinfo.az

10Mənbələr