JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
Sea Breeze
Landscape 1

“Karaca Group” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) Nərimanov rayonunda yerləşən “Karaca” qab-qacaq satışı mağazası barəsində inzibati protokol yazılıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti 3-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən MMC-yə məxsus mağazada yoxlama aparılıb.

MMC-yə məxsus “Karaca” qab-qacaq satışı mağazasında aparılan yanğın texniki müayinə zamanı məlum olub ki, yanğın təhlükəsizliyi qaydalarının tələbləri pozulub.

MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə protokol yazılıb.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə MMC 350 manat cərimə edilib.

Teleqraf

JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
ETX
ETX
ETX