AZ

Məhkəmə “Karaca Group”u cərimələdi

"Karaca Group” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) Nərimanov rayonunda yerləşən “Karaca” qab-qacaq satışı mağazası barəsində inzibati protokol yazılıb.

Publika.az Teleqraf-a istinadla xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti 3-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən MMC-yə məxsus mağazada yoxlama aparılıb.

MMC-yə məxsus “Karaca” qab-qacaq satışı mağazasında aparılan yanğın texniki müayinə zamanı məlum olub ki, yanğın təhlükəsizliyi qaydalarının tələbləri pozulub.

MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə protokol yazılıb.

Seçilən
9
5
publika.az

6Mənbələr