Bu gün Çempionlar Liqasında ikinci finalçı da məlum olacaq.
Sportinfo.az xəbər verir ki, “Bavariya” Almaniyada PSJ-ni qəbul edəcək.
Münhendə keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Komandaların Parisdə keçirilən ilk matçı olduqca maraqlı və bolqollu alınmışdı. PSJ-nin 5:4 hesabı ilə qalib gəldiyi görüşün cavab qarşılaşması maraqla gözlənilir.
Finala çıxan komanda həlledici oyunda “Arsenal”la qarşılaşacaq.