AZ

Çempionlar Liqası: İkinci finalçı müəyyənləşir

UEFA Çempionlar Liqasında ikinci finalçı müəyyənləşəcək.

Msport.az xəbər verir ki, yarımfinal mərhələsinin ikinci cavab oyununda “Bavariya” PSJ-ni qəbul edəcək.

Qarşılaşma “Allianz Arena”da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Oyunun baş hakimi portuqaliyalı Joau Pineyru olacaq. Parisdəki ilk görüşdə meydan sahibləri qələbə qazanıb – 5:4.

Qeyd edək ki, cütün qalibi finalda “Arsenal”la üz-üzə gələcək. London klubu doğma meydanda “Atletiko”nu 1:0 hesabı (ilk oyun – 1:1) ilə üstələyib.

Seçilən
0
50
msport.az

10Mənbələr