AZ

Putin Zelenskinin elan etdiyi atəşkəsi pozdu Ukrayna şəhərləri kütləvi hava hücumu altında

ain.az, Azpolitika.az saytına istinadən bildirir.

Ukrayna Prezidenti Volodimir Zelenskinin mayın 5-dən 6-na keçən gecə atəşkəs elan etməsindən sonra Rusiya qoşunları Ukrayna şəhərlərinə zərbələr endirib və bununla da atəşkəsi pozub.

“AzPolitika” xəbər verir ki, gecə ərzində Sumı, Xarkov və Zaporojye bölgələrindəki hədəflərə idarə olunan hava bombaları (İBB) atılıb və səhər tezdən PUA hücumları qeydə alınıb. Bu barədə “RBK-Ukrayna” Ukrayna Hərbi Hava Qüvvələrinə istinadla məlumat yayıb.

Xarkov meri İqor Terexovun sözlərinə görə, Xarkovda dronlar Novobavarski və Şevçenkivski rayonlarında yeddi fərdi evə zərər vurub. İki nəfər yaralanıb. Zaporojyedə zərbə sənaye infrastruktur obyektinə dəyib.

Xatırladaq ki, ötən həftə ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı Vladimir Putin 9 May “Qələbə Günü”nü qeyd etmək üçün Ukrayna ilə atəşkəs elan etməyi təklif edib. Bundan sonra Rusiya Müdafiə Nazirliyi birtərəfli qaydada 8 və 9 may tarixlərində atəşkəs elan edib. Buna cavab olaraq Zelenski bir neçə gün gözləməməyə çağırıb və atəşkəsin 5-6 may gecəsi başlayacağını bildirib. O, həmçinin vurğulayıb ki, Rusiya tərəfi atəşkəsi pozsa, Ukrayna ordusu da buna eyni qaydada cavab verəcək.

Ukrayna Xarici İşlər Nazirliyi əlavə edib ki, Kiyev müharibəyə son qoymağa hazırdır və mayın 6-da Rusiya da eyni şeyi istəyib-istəmədiyini göstərəcək. Rusiya isə bu gecə həyata keçirdiyi hücumlarla müharibəyə son qoymaq niyyətində omadığını göstərdi. Bu halda, Ukraynanın da cavab zərbələri gözləniləndir.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
2
50
azpolitika.info

10Mənbələr