AZ

RAKET VƏ PUA ZƏRBƏLƏRİ DAYANMIR Rusiya Poltavanı, Ukrayna neft zavodunu vurdu (FOTO+VİDEO)

Azpolitika.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Tərəflərin atəşkəs bəyanatları fonunda Rusiya ilə Ukrayna arsında qarşılıqlı raket və PUA zərbələri davam edir.

“AzPolitika” Rusiya mediasına istinadla xəbər verir ki, mayın 5-nə keçən gecə Rusiyanın 18 bölgəsində hava hücumu xəbərdarlığı verilib.

Xantı-Mansi Muxtar Dairəsinin qubernatoru Ruslan Kuxaruk Telegram-da bildirib ki, mayın 5-i gecəsi Yuqrada raket xəbərdarlığı verilib. Bu bölgə Ukrayna sərhədindən 2000 kilometr məsafədə yerləşir.

Ötən gecə Volqoqrad, İjevsk, Kazan, Nijnekamsk, Orenburq, Orsk, Penza, Perm, Pskov, Samara, Saratov, Tambov, Ulyanovsk, Ufa, Çeboksarı, Çerepovets və Yaroslavl hava limanlarında məhdudiyyətlər tətbiq edilib.

pic.twitter.com/VKfEllTx5F

— Afa (@02042006Afa) May 5, 2026

Monitorinq kanallarına görə, daha 16 bölgədə raket xəbərdarlıqları verilib: Həştərxan, Bryansk, Kaluqa, Kurqan, Nijni Novqorod, Orenburq, Oryol vilayətləri, Penza, Perm diyarı, Başqırdıstan, Mordoviya, Sverdlovsk vilayəti, Tatarıstan, Tula vilayəti, Udmurtiya və Çelyabinsk vilayəti.

Dünən gecə Leninqrad vilayətində, qubernator Aleksandr Drozdenkonun sözlərinə görə, on səkkiz Ukrayna dronu vurulub. Vilayətin Kirişi şəhərindəki sənaye zavodunda yanğın baş verib. Söhbət bölgənin ən böyük neft emalı zavodu olan Kirişinefteorgsintezdən (KINEF) gedir. Bu neft emalı zavodundakı yanğınlar NASA-nın Firmas monitorinq sistemi tərəfindən də qeydə alınıb.

pic.twitter.com/22Opb1J8sB

— Afa (@02042006Afa) May 5, 2026

5 may gecəsi Moskva da hücuma məruz qalıb. Mer Sergey Sobyanin Rusiya paytaxtına hücum edən 6 PUA-nın vurulduğunu bildirib. O yazıb ki, "Təcili yardım xidmətləri dağıntıların yerində işləyir".

Həmçinin, Rusiyanın Çuvaşiya bölgəsinin Çeboksarı şəhərindəki VNIIR-Progress zavodu da raketlərlə vurulub. Şirkət naviqasiya avadanlığı və dronlar üçün komponentlər, eləcə də qanadlı və ballistik raketlər istehsal edir. Hücumun Ukraynanın “Flamingo” raketi ilə həyata keçirildiyi güman edilir. Hücum nəticəsində VNIIR-Progress mərkəzinin yaxınlığında yerləşən MTV Center ticarət və əyləncə mərkəzi də alovlanıb. Rosaviasiyanın məlumatına görə, Çeboksarı hava limanında məhdudiyyətlər yenidən tətbiq edilib.

Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti iddia edir ki, Rusiya hava hücumundan müdafiə qüvvələri bir gecə ərzində 289 Ukrayna dronunu vurub.

Rusiya qoşunları isə Ukraynanın Poltava bölgəsinə dronlar və raketlərlə hücum edərək Poltava rayonundakı iki yerdə dağıntılara və tələfatlara səbəb olub. Bu barədə regional hərbi administrasiyanın rəhbəri Vitali Dyakivnı məlumat verib.

Hücum nəticəsində sənaye müəssisəsinə ziyan dəyib və təxminən 3500 abunəçi qazsız qalıb. Dəmir yolu infrastrukturuna da ziyan dəyib.

Son məlumatlara görə, dörd nəfər ölüb. Daha 31 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti (DFX) ölənlərdən ikisinin xilasedici olduğunu bildirib. Qaz infrastrukturuna hücumdan sonra yanğın yerinə gələn xilasedicilər Rusiyanın ikinci zərbəsinə tuş gəliblər. Ölən digər iki nəfər müəssisədə çalışan işçilər olub.

5 may gecəsi Rusiya qoşunları Kiyev bölgəsinə də zərbə endirib. DFX bildirib ki, zərbə Brovarski rayonundakı yaşayış məntəqəsinə dəyib və iki nəfər yaralanıb. Atəş nəticəsində Vışqorodski rayonundakı sənaye müəssisəsində yanğın baş verib və bir nəfər yaralanıb. Çerniqov və Zaporojye şəhərlərinə də zərbələr endirilib, yanğınlar və yaralananlar qeydə alınıb. 

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
50
azpolitika.info

10Mənbələr