"Mən səhnəyə tək çıxıram, amma arxamda çox sayda insanın əməyi dayanır. Mənim üçün üzərlik belə yandıran var".
"Yeni Sabah" xəbər verir ki, bu sözləri "Qonaqcanlı" verilişində İradə İbrahimova deyib.
O qeyd edib: "Bu gözəllikdir, qəlbin təmiz olmağıdır. Bəzən özüm-özümə deyirəm: Nə etmişəm ki, bunları qazanmışam? Sonra Allaha şükür edirəm ki, yaxşılığımı qarşıma çıxarır. Çox şükür, min şükür Allaha. Amma ən böyük nemətim ailəmdir. Bacılarım, anam, doğmalarım — hamısı çox gözəl qəlbə sahibdir. Elə bir ailədənəm ki, heç kim qarışqanı belə incitməz".
Əsmıtxanım Rzazadə
Telegram kanalımız