AZ

30 illik transformatora görə evinə köçə bilmir “Azərişıq” məsuliyyəti niyə boynundan ATIR? VİDEO

ain.az, Bizim media portalına istinadən məlumat verir.

Xaçmaz rayonunun Susayqışlaq İnzibati Ərazi Dairəsinə daxil olan Şollar kəndində bir ailə həyətində yerləşən köhnə transformator səbəbindən ciddi problemlə üzləşib.Sözügedən 8 sot həyətyanı torpaq sahəsi İlyas Seyidbalayevin adına rəsmiləşdirilib.Ailə bu torpağı 2013-cü ildə, üzərində yarımtikili ev olmaqla, 1990-cı illərdə başqa bir vətəndaş tərəfindən əldə edilmiş vəziyyətdə satın alıb. Həmin vaxt transformator da həyətin daxilində yerləşib.Həyət ərazisində transformatorun mövcudluğu Seyidbalayevlərin həyatını çətinləşdirib. Belə ki, ailə nə yarımçıq tikilini tamamlayaraq evə köçə bilir, nə də həyətə giriş qapısı qoya bilir.Xüsusilə yay aylarında transformator qığılcım verir. Hətta bu səbəbədən bir neçə dəfə yanğın hadisəsi də baş verib.Ətraflı videosüjetdə:

Aytəkin Alxaslı, Vüqar Ağayev, Bizim.Media, Şimal bürosu

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
44
bizim.media

10Mənbələr