AZ

Prokuror gözdən əlil qaziyə 3 il cəza tələb etdi

ain.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün  Tovuz Rayon Məhkəməsində hazırda həbsdə olan Gənc Qazilər İctimai Birliyinin sədri Hacı Vəliyevə hökm oxunacağı gözlənilir.

Bu barədə Gununsesi.info-ya onun yaxınları deyib.

Bildirilir ki, sonuncu proses zamanı Hacı Vəliyevə elan olunan ittihamlardan birinə- 186 -cı maddə  (Əmlakı qəsdən məhv etmə və ya zədələmə)   cinayət işinə xitam verilib.

Bu gün keçiriləcək prosesdə isə Hacı Vəliyevə CM-nin 221.3 (Xuliqanlıq) maddəsi üzrə verilmiş ittihama dair hökm çıxarılacaq.

Proses zamanı çıxış edən dövlət ittihamçısı gözdən əlil qaziyə 3 iı azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini tələb edib.

Afət Abbasova 

Gununsesi.info 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
14
icma.az

10Mənbələr