AZ

Makron İrəvanda Paşinyanla birlikdə mahnı oxuduğuna görəFRANSADA TƏNQİD OLUNDU

Fransalı siyasətçi, Vətənpərvərlər Partiyasının lideri Florian Filippo ölkənin Prezidenti Emmanuel Makronu Ermənistanın Baş naziri Nikol Paşinyanla birlikdə ictimaiyyət qarşısında mahnı oxuduğuna görə tənqid edib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə o özünün "X" hesabında yazıb.

 

Siyasətçinin fikrincə, dövlət başçısı diqqətini vətəndaşların daxili problemlərinin həllinə cəmləməlidir.

 

"Qaçışçı Makron və küçə itlərini sığallayan (İrəvanda qaçış zamanı - red.) Makrondan sonra, bu gün Makron çox ilhamlanmış müğənnidir", - deyə o qeyd edib.

 

Eyni zamanda, siyasətçi vurğulayıb ki, onmilyonlarla fransız hökumətdən konkret tədbirlər, xüsusən də benzin qiymətləri ilə bağlı tədbirlər gözləyir.

 

Xatırladaq ki, mayın 4-də İrəvanda keçirilən dövlət şam yeməyi zamanı Makron gözlənilmədən mahnı oxumağa başlayıb, Paşinyan isə onu zərb alətlərində müşayiət edib. Onlar məşhur fransız müğənnisi Şarl Aznavurun mahnısını ifa ediblər.




Seçilən
3
7
senzor.az

10Mənbələr