AZ

İki liderdən canlı musiqi performansı: Makron oxudu, Paşinyan müşayiət etdi

Fransa prezidenti Emmanuel Makron və Ermənistanın baş naziri Nikol Paşinyan Yerevanda keçirilən tədbir zamanı canlı musiqi ifasında birlikdə çıxış ediblər.

Turkustan.az xəbər verir ki, Makron mahnı oxuyarkən Paşinyan onu zərb alətləri ilə müşayiət edib. İfa zamanı onlar Fransanın məşhur sənətçilərindən biri Şarl Aznavurun 1965-ci ildə yazdığı “La Bohème” mahnısını səsləndiriblər.

Mahnı Parisin Monmartr rayonunda bohem həyat tərzi yaşayan sənətçilərin yoxsulluq içində keçən gənclik illərini nostalji şəkildə xatırlamasını əks etdirir.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
23
7
turkustan.az

10Mənbələr