AZ

Braziliyada məktəbdə ATIŞMA: Ölən və yaralananlar var – VİDEO

Braziliyada məktəbdə atışma baş verib, 2 nəfər həlak olub, 5 nəfər yaralanıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Xinhua Espanol” məlumat yayıb.

Braziliyanın Rio-Branko şəhərində yerləşən məktəblərin birində qanlı insident baş verib.

13 yaşlı yeniyetmə təhsil müəssisəsinin binasında odlu silahdan istifadə edərək atəş açıb.

Hadisə nəticəsində iki nəfər həyatını itirib, beş nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hücumdan sonra yeniyetmə təslim olaraq polisə təhvil verilib.

Araşdırmalar çərçivəsində istifadə edilən silahın sahibi olan yeniyetmənin ögey atası da nəzarətə alınıb.

Xuraman Etibarlı

İnterpress.az


Seçilən
14
19
interpress.az

10Mənbələr