AZ

92 dəfə cinayət törədən 10 yaşlı uşaq SAXLANILDI – İstanbul polisi ŞOKDA

İstanbulda 10 yaşlı uşağın 92 dəfə cinayət törətdiyi üzə çıxıb.

İnterpress.az xəbər verir ki, bu barədə İstanbul Polisi məlumat yayıb.

İstanbulun Sarıyer rayonundakı məşhur ticarət mərkəzlərinin birində qeyri-adi oğurluq hadisəsi qeydə alınıb.

“D.T.” adlı 10 yaşlı uşaq uşaq arabasından çanta oğurlayarkən saxlanılıb.

Onun hərəkətləri hətta polis əməkdaşlarını belə heyrətləndirib, çünki uşağın artıq 92 cinayət işində adının keçdiyi məlum olub.

Hadisə axşam saatlarında İstinye bölgəsində baş verib. Melike A. adlı qadın uşaqları ilə vaxt keçirərkən arabadan çantasının oğurlandığını fərq edib.

Çantanın içərisində 100 min türk lirəsi (təxminən 5 000 manat) dəyərində mobil telefon, nəğd pul və pulqabı olub.

Sarıyer İctimai Təhlükəsizlik Bürosunun əməkdaşları ticarət mərkəzinin təhlükəsizlik kameralarını incələyərək şübhəlinin taksiyə minib qaçdığını müəyyən ediblər.

Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində “TEM” magistralında taksi saxlanılıb.

Avtomobilə keçirilən baxış zamanı oğurlanmış əşyalar və 10 yaşlı şübhəli aşkar edilib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
35
50
interpress.az

10Mənbələr