
ABŞ Dövlət Katibi Marko Rubio İrana qarşı "Epik Qəzəb" əməliyyatının başa çatdığını elan edib.
Missiya.Az xəbər verir ki, o bu barədə mətbuat konfransı zamanı məlumat verib.
“Əməliyyat başa çatdı. ABŞ Prezidenti Donald Trampın Konqresə bildirdiyi kimi, “Epik Qəzəb” əməliyyatı bu mərhələdə başa çatdı. Biz həmin əməliyyatın məqsədlərinə nail olduq", - deyə Rubio vurğulayıb.
Onun sözlərinə görə, hazırda ABŞ Donald Trampın ticarət gəmilərinin Hörmüz boğazından maneəsiz keçməsini təmin etmək təşəbbüsü üzərində işləyir.
“Hazırda “Azadlıq Layihəsi” üzərində işləyirik. Bunun gələcəkdə nəyə gətirib çıxara biləcəyi hələ məlum deyil", - deyə siyasətçi vurğulayıb.
ABŞ dövlət katibi İranın Hörmüz boğazı üzərində nəzarətinin normallaşdırılmamalı olduğunu vurğulayaraq, Tehranın blokadasını və digər ölkələri boğazdan tranzit üçün pul ödəməyə məcbur etmək cəhdlərini tənqid edib:
"Onlar bunu normallaşdırmağa çalışırlar. Heç bir halda onların ticarət gəmilərini partlatmaları və suya minalar yerləşdirmələri faktını normallaşdırmalarına icazə verməyəcəyik. Biz bu boğazların əvvəllər olduğu kimi, açıq olmasını üstün tuturuq", - deyə Rubio qeyd edib.
Daşqın Həsənov
Missiya.Az