ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Vaşinqton, 6 may, AZƏRTAC
“Azadlıq layihəsi" müdafiə əməliyyatıdır. Biz atəş açmırıq, amma bizə atəş açılsa, ölümcül effektivliklə cavab verəcəyik.
AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Dövlət katibi Marko Rubio keçirdiyi brifinqdə deyib.
O, həmçinin İranın Hörmüz boğazından kimin keçdiyinə nəzarət etməsinə icazə verilməyəcəyini bildirib. Rubio blokadanın İrana gündə 500 milyon dollara başa gəldiyini deyib.
"İranın ağıllı seçim etməsinin vaxtı gəlib çatıb", - deyə Rubio əlavə edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.