AZ

Avropa Parlamenti həqiqətən insan hüquqları və sülh platforması olmaq istəyirsə,...

Newscenter.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Müasir beynəlxalq münasibətlər sistemində Avropa Parlamenti yalnız siyasi institut deyil, eyni zamanda Avropa İttifaqının ideoloji və geosiyasi xəttini formalaşdıran mühüm platformalardan biridir. Son illərdə bu platformanın Azərbaycan Respublikasına münasibətdə qəbul etdiyi qətnamələr və verdiyi siyasi bəyanatlar ciddi müzakirələr doğurur. Xüsusilə Roberta Metsola sədr seçildikdən sonra Azərbaycanla bağlı ritorikanın daha sərt və daha açıq siyasi məzmun aldığı hiss olunur".Newscenter.az xəbər verir ki, bunları Qlobal Həmrəylik Şurasının Qafqaz üzrə nümayəndəliyinin rəhbəri, beynəlxalq hüquq müdafiəçisi, Qafqaz Yəhudiləri Assosiasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri David Seliverstov deyib. O bir hüquq müdafiəçisi kimi hesab edir ki, məsələyə emosional yanaşmaq yox, onu hüquqi və institusional baxımdan araşdırmaq daha vacibdir:"Burada əsas sual bundan ibarətdir: Avropa Parlamenti doğrudan da insan hüquqlarının müdafiəsi naminə fəaliyyət göstərir, yoxsa regiona münasibətdə seçici və birtərəfli siyasi yanaşma nümayiş etdirir?2022 ci ildən sonra qəbul edilən sənədlər göstərir ki, Avropa Parlamentinin Azərbaycanla bağlı mövqeyində əsas diqqət daxili siyasi proseslərə yönəlmiş çağırışlara, Qarabağ məsələsinə birtərəfli münasibətə, regional təhlükəsizlik məsələlərində balansın pozulmasına və Azərbaycanın suveren qərarlarına siyasi təzyiq elementlərinə verilib.Hüquqi baxımdan Avropa Parlamentinin qəbul etdiyi qətnamələr məcburi hüquqi qüvvəyə malik deyil. Bunlar siyasi xarakter daşıyan mövqe sənədləridir. Lakin həmin sənədlərin beynəlxalq informasiya məkanında yaratdığı təsir və diplomatik təzyiq imkanları kifayət qədər güclüdür. Elə buna görə də onlar beynəlxalq münasibətlər sistemində yumşaq təsir vasitəsi kimi qəbul olunur".David Seliverstov bildirib ki, Roberta Metsolanın rəhbərliyi dövründə Azərbaycanla bağlı qəbul olunan sənədlərdə diqqət çəkən əsas məqamlardan biri balans prinsipinin zəifləməsidir:"Çünki regionda otuz ilə yaxın davam edən işğal dövründə eyni səviyyədə sərt münasibət və siyasi fəallıq müşahidə olunmamışdı. Bu isə beynəlxalq hüququn əsas prinsiplərindən biri olan bərabər yanaşma prinsipinə dair ciddi suallar yaradır.Digər tərəfdən, Avropa Parlamenti özünü insan hüquqlarının müdafiəçisi kimi təqdim etsə də, dövlət suverenliyi məsələsində bəzən siyasi interpretasiyalara üstünlük verir. Halbuki BMT Nizamnaməsinin ikinci maddəsinə əsasən dövlətlərin daxili işlərinə müdaxilə yolverilməz hesab olunur.Azərbaycan isə son illərdə özünü regional sabitlik, enerji təhlükəsizliyi və multikultural dəyərlər məkanı kimi təqdim edir. Xüsusilə postmünaqişə dövründə sülh gündəliyinin təşviqi, regional kommunikasiyaların açılması və beynəlxalq əməkdaşlıq təşəbbüsləri ölkənin əsas siyasi istiqamətlərindən birinə çevrilib.Məhz bu nöqtədə “Sülh Layihəsi” anlayışı xüsusi əhəmiyyət qazanır. Sülh yalnız silahların susması demək deyil. Sülh eyni zamanda hüququn balanslı tətbiqi, beynəlxalq institutların obyektivliyi və dövlətlərə münasibətdə seçici yanaşmadan imtina olunması deməkdir. Əgər Avropa Parlamenti həqiqətən insan hüquqları və sülh platforması olmaq istəyirsə, o zaman regionlara münasibətdə emosional siyasi ritorikadan daha çox hüquqi neytrallıq nümayiş etdirməlidir".David Seliverstov bir hüquq müdafiəçisi kimi düşünür ki, beynəlxalq institutların legitimliyi yalnız qəbul etdikləri sənədlərlə ölçülmür:"Əsas məsələ həmin sənədlərdə ədalət balansının qorunmasıdır. Ədalət birtərəfli olduqda isə o artıq hüquq olmaqdan çıxır və siyasi mövqeyə çevrilir.Bu gün beynəlxalq münasibətlər sisteminin əsas problemlərindən biri də hüququn geosiyasi maraqların kölgəsində qalmasıdır. Halbuki həqiqi və davamlı sülh yalnız hüququn hamıya eyni məsafədən tətbiq olunduğu halda mümkündür".Süleyman

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
20
newscenter.az

10Mənbələr