AZ

Tehran BƏƏ ərazisinə raket və ya pilotsuz təyyarə atmayıb

İran hərbçiləri BƏƏ ərazisinə raket və ya pilotsuz təyyarə atmayıb.

"Report"un "Mehr"ə istinadən məlumatına görə, bu barədə İranın "Xatəm əl-Ənbiya" Hərbi Komandanlığının mərkəzi qərargahının nümayəndəsi Ebrahim Zülfüqari bildirib.

"İranın Silahlı Qüvvələri son günlər BƏƏ-yə qarşı heç bir raket və ya pilotsuz təyyarə əməliyyatı keçirməyib, əgər belə hərəkətlər baş versəydi, biz bunu qətiyyətlə və açıq şəkildə bildirərdik. Buna görə də BƏƏ Müdafiə Nazirliyinin hesabatı qəti şəkildə təkzib olunur və heç bir əsası yoxdur", - o deyib.

Zülfüqari əlavə edib ki, BƏƏ ərazisi İrana qarşı hücum üçün istifadə olunsa, Tehran sarsıdıcı cavab verəcək.

Qeyd edək ki, BƏƏ-nin hava hücumundan müdafiə qüvvələri iki gündür İrandan gələn hücumları dəf etdiyini bildirir. Zərbələr ABŞ və İran arasında müvəqqəti atəşkəs rejimi fonunda başlayıb.


Telegram kanalımız
Seçilən
12
3
yenisabah.az

10Mənbələr