AZ

BƏƏ-yə növbəti dəfə raket atıldı

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Hava Hücumundan Müdafiə qüvvələri ölkə ərazisinə İrandan atılan raket və pilotsuz uçuş aparatlarının (PUA) hücumlarını dəf edir.

Bu barədə BƏƏ Müdafiə Nazirliyinin “X” sosial şəbəkəsindəki rəsmi hesabında məlumat yayılıb.

Nazirlik bildirib ki, ölkənin HHM sistemləri hazırda İrandan daxil olan hədəfləri aktiv şəkildə zərərsizləşdirir:

“Hazırda ölkənin HHM sistemləri İrandan gələn raket zərbələrini və pilotsuz uçuş aparatlarını aktiv şəkildə ələ keçirir. Ölkənin müxtəlif bölgələrində eşidilən partlayış səsləri ballistik və qanadlı raketlərə, eləcə də dronlara qarşı görülən əks-tədbirlərin nəticəsidir”.

Məlumata görə, hadisələrlə əlaqədar BƏƏ-də məktəblər artıq distant təhsil rejiminə keçib.

Qeyd edək ki, “Al Jazeera” telekanalının məlumatına görə, BMT Təhlükəsizlik Şurası yaranmış vəziyyətlə bağlı sabah qapalı məsləhətləşmələr keçirəcək.

Xatırladaq ki, mayın 4-də BƏƏ hərbçiləri İrandan atılan dörd qanadlı raketi qeydə almışdı. Onlardan üçü ərazi suları üzərində məhv edilmiş, biri isə dənizə düşmüşdü.

"Cebheinfo.az" 

Seçilən
12
50
cebheinfo.az

10Mənbələr