AZ

G7 Çinə qarşı "minerallar cəbhəsi"YARADIR

"Böyük Yeddilik" (G7) ölkələri kritik əhəmiyyətli mineralların tədarükünü təmin etmək və bu sahədəki təşəbbüsləri daimi əsasda idarə etmək üçün xüsusi katibliyin yaradılmasını müzakirə edir.

Redaktor.az bu barədə"Reuters" agentliyinə istinadən xəbər verir.

Məlumata görə, bu təşəbbüs qərbin həm müdafiə sənayesi, həm də "yaşıl enerji"yə keçid üçün həyati əhəmiyyət kəsb edən xammal sahəsində Çindən asılılığını minimuma endirmək məqsədi daşıyır. Hazırda Çin elektromobillər, batareyalar və hərbi texnologiyalar üçün zəruri olan nadir torpaq elementlərinin və mineralların istehsalında mütləq dominantlığa malikdir.

Jurnalistlərin əldə etdiyi məlumata görə, yaradılacaq daimi katiblik G7 ölkələri arasında logistika və hasilat sahəsində koordinasiyanı gücləndirəcək. Bu, həm də emal sənayesinin inkişafı və tədarük zəncirində yarana biləcək qəfil kəsintilərin qarşısının alınması üçün vahid mərkəz rolunu oynayacaq.

Xədicə BAXIŞLI

Seçilən
18
16
redaktor.az

10Mənbələr