AZ

Aİ də narahatlıq: Tramp G7 və NATO sammitlərinə qatılmaya bilər

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

Avropa İttifaqında ABŞ prezidenti Donald Trump-ın "G7" və NATO sammitlərində iştirak etməməsi ilə bağlı ciddi narahatlıq var.

Bizimyol.info xəbər verir ki, bu barədə İtaliyanın “La Repubblica” qəzeti məlumat verib.

Qeyd edilir ki, Fransada keçiriləcək “Böyük Yeddilik” sammiti Trampın şəxsən iştirakı olmadan baş tuta bilər. Qəzet qeyd edir ki, onun videobağlantı vasitəsilə qoşulması beynəlxalq böhranlar fonunda Qərb müttəfiqləri arasında məsafəni daha da artıra bilər. Bu məsələ Kiprdə keçirilən Aİ-nin qeyri-rəsmi sammitində müzakirə olunub.

Bildirilir ki, sammitə ev sahibliyi edən Fransa prezidenti Emmanuel Macron əvvəllər Trampın iştirakını təmin etmək üçün tədbirin tarixini onun doğum gününə (14 iyun) düşməməsi üçün bir gün — 15 iyuna keçirmişdi. Lakin bu addım liderlər arasında sonradan baş verən qarşılıqlı tənqidlərdən əvvəl atılmışdı. Qəzet həmçinin xatırladır ki, ABŞ dekabrda Mayamidə keçiriləcək G20 sammitinə Rusiya prezidenti Vladimir Putini dəvət edib.

Trampın "G7" sammitində iştirak etməməsi onun iyulda Ankarada keçiriləcək NATO görüşünə də qatılmaqdan imtina etməsi ilə nəticələnə bilər. Türkiyə tərəfi onun iştirak edəcəyini bildirsə də, ABŞ-ın müttəfiqlərinə İran məsələsində dəstək vermədiklərinə görə irad bildirməsi alyansın birliyinə təhlükə yaradır.

“La Repubblica” NATO daxilində ciddi fikir ayrılıqlarının olduğunu vurğulayır. Qeyd olunur ki, Tramp alyansı “kağız pələng” adlandırıb. Bundan əlavə, ABŞ müdafiə naziri Pit Heqset Fransa və Böyük Britaniyanın Hörmüz boğazı ilə bağlı “koalisiya” təşəbbüslərini “boş söz yığını” kimi qiymətləndirib.

Qəzet yazır ki, bütün bu anti-Avropa meylləri Trampı "G7" sammitini görməzlikdən gəlməyə sövq edir. Xatırladılır ki, ötən il o, sammiti vaxtından əvvəl və xəbərdarlıq etmədən tərk etmişdi.

Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
46
bizimyol.info

1Mənbələr