Goranboy rayonunun Borsunlu kəndi ərazisində "Ford" markalı mikroavtobusla eyni markalı minik avtomobilli toqquşub, 7 nəfər xəsarət alıb.
TƏBİB-in tabeliyində olan Goranboy Rayon Mərkəzi Xəstəxanasının həkimi Hamil Qəmbərov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, qəzada xəsarət alan 7 nəfərdən 5-i evə buraxılıb. Digər şəxslərin isə müalicəsi davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.