AZ

Goranboyda yol qəzasında xəsarət alan 7 nəfərdən 5-i evə buraxılıb - Açıqlama

Goranboy, 5 may, AZƏRTAC

Goranboy rayonunun Borsunlu kəndi ərazisində "Ford" markalı mikroavtobusla eyni markalı minik avtomobilli toqquşub, 7 nəfər xəsarət alıb.

TƏBİB-in tabeliyində olan Goranboy Rayon Mərkəzi Xəstəxanasının həkimi Hamil Qəmbərov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, qəzada xəsarət alan 7 nəfərdən 5-i evə buraxılıb. Digər şəxslərin isə müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Müxbir - Elcan Məmmədov

Seçilən
9
3
azertag.az

4Mənbələr