ain.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.
Türkiyə Ermənistanla sərhədinin açılması ilə bağlı siyasi iradəsini ifadə edib, lakin konkret tarix demək mümkün deyil.
Bunu “Sputnik-Armenia”ya Türkiyənin Ermənistanla münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi, səfir Sərdar Kılıç bildirib.
Onun sözlərinə görə, hazırda bu məsələ ilə bağlı konkret müzakirələr aparılmır. Sərhədin açılması yalnız texniki və bürokratik mərhələlər tamamlandıqdan, həmçinin kommunikasiya və digər məsələlər həll olunduqdan sonra mümkün ola bilər.
Kılıç əlavə edib ki, Türkiyə 2022-ci ildə bu istiqamətdə siyasi iradəsini ifadə edib, lakin konkret tarix demək mümkün deyil.
“Sərhədin nə vaxt açılacağını demək istəmirəm, dəqiq vaxtı təxmin edə bilmirəm”, – diplomat qeyd edib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.