AZ

Türkiyə-Ermənistan sərhədi yaxın vaxtlarda açılmayacaq - RƏSMİ

Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç sərhədlərin açılması ilə bağlı məsələyə münasibət bildirib.

Turkustan.az xəbər verir ki, Serdar Kılıç"Sputnik Armenia"nın sualına cavab olaraq bildirib ki, Ermənistan-Türkiyə sərhədinin açılması ilə bağlı konkret müzakirələr hələ aparılmayıb.

S. Kılıç vurğulayıb ki, sərhəd yalnız müəyyən formal mərhələlər başa çatdıqdan, kommunikasiya məsələləri həll edildikdən və digər texniki-bürokratik prosedurlar tamamlandıqdan sonra açılacaq.

Diplomat əlavə edib ki, Türkiyə bu istiqamətdə siyasi iradəsini hələ 2022-ci ildə ortaya qoyub, lakin sərhədin nə vaxt açılacağını dəqiq demək mümkün deyil. O həmçinin bildirib ki, hazırda bununla bağlı konkret vaxt proqnozu vermək çətindir./modern.az

Seçilən
1
6
turkustan.az

10Mənbələr