AZ

İranın xarici işlər naziri Çinə səfər edəcək

Pekin, 5 may, AZƏRTAC

İranın xarici işlər naziri Abbas Əraqçi mayın 6-da Çində səfərdə olacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Çinin xarici işlər naziri Van İnin dəvəti ilə baş tutacaq səfərdə ikitərəfli və regional məsələlər müzakirə olunacaq.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
Seçilən
15
20
azertag.az

10Mənbələr