Elm və Təhsil Nazirliyinin təşəbbüsü və Təhsilin İnkişafı Fondunun dəstəyi ilə “Rəqəmsal gələcək” şüarı ilə həyata keçirilən IV “Maarifçi” tələbə-məzun təcrübə proqramına qəbul üçün keçirilən test imtahanının nəticələri elan olunub.
Publika.az xəbər verirki. bu barədə nazirlik məlumat yayıb.
Bildirilib ki, 2300 nəfərin iştirak etdiyi imtahanın nəticələrinə əsasən, 881 nəfər müsahibə mərhələsinə keçib. İştirakçılara nəticələr barədə məlumat SMS vasitəsilə təqdim edilib.
7 may tarixindən etibarən “Microsoft Teams” platforması üzərindən onlayn formatda keçiriləcək müsahibə mərhələsi ilə bağlı ətraflı məlumat iştirakçılara əvvəlcədən göndəriləcək.