AZ

“Neftçi” 4 milyonluq hücumçu üçün hərəkətə keçdi

Milli.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Neftçi PFK" klubu yay transfer pəncərəsi öncəsi hücum xəttini gücləndirmək üçün axtarışlarını davam etdirir. 

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, paytaxt təmsilçisinin Polşanın Jagiellonia Białystok klubunda çıxış edən 27 yaşlı fransız-konqolu forvard Afimiko Pululu ilə maraqlandığı bildirilir.

Məlumata görə, Bakı klubu futbolçuya illik təxminən 500 min avro maaş təklif etməyə hazırdır. Pululunun hazırkı klubu ilə müqaviləsi iyunun sonunda başa çatır və hələlik uzadılmayıb. Hücumçu isə diqqətini mövsümə yönəltdiyini, gələcəyi ilə bağlı qərarı uyğun zamanda verəcəyini açıqlayıb.

Transfermarkt portalının məlumatına əsasən, Pululunun bazar dəyəri 4 milyon avro civarındadır. 

Hazırda "Neftçi"nin maraq göstərdiyi klublardan yalnız biri olduğu bildirilir və transferin reallaşıb-reallaşmayacağı hələlik dəqiq deyil.

Fidan

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
50
news.milli.az

10Mənbələr