Bakı. Trend:
Rumıniya prezidenti Klaus Yohannis Avropa İttifaqı (Aİ)Şurasının prezidentliyinə namizədliyini irəli sürməkniyyətindədir.
Trend xəbərverir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Rumıniya prezidenti Yohannisinvəzifə səlahiyyətləri 2024-cü ilin sonunda bitir və o, Rumıniyadanövbəti prezident seçkilərində iştirak etməyi planlaşdırmır.
Xatırladaq ki, bir qədər əvvəl "Politico" qəzeti Avropa İttifaqı(Aİ) Şurasının prezidenti Şarl Mişelin istefaya gedəcəyi təqdirdə,Macarıstanın baş naziri Viktor Orbanın Şuranın müvəqqəti prezidentiola biləcəyini yazıb.
Məlumata görə, Şarl Mişel Belçika KİV-inə müsahibəsindəvəzifəsini vaxtından əvvəl tərk edəcəyinin mümkün olduğunubildirib. Belə ki, o, 2024-cü ilin iyun ayında Avropa parlamentinəkeçiriləcək seçkilərdə iştirak etmək niyyətindədir.