Goranboyda yol qəzası olub.
"Unikal"ın məlumatına görə, hadisə Goranboy-Borsunlu yolunun rayonun Rəhimli kəndi ərazisində keçən hisəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Ford" markalı mikroavtobusla "Ford" markalı minik avtomobili toqquşub. Qəza zamanı 6 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov