RU

Goranboyda iki "Ford" toqquşdu - Xəsarət alanlar var

Goranboyda yol qəzası olub.

"Unikal"ın məlumatına görə, hadisə Goranboy-Borsunlu yolunun rayonun Rəhimli kəndi ərazisində keçən hisəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Ford" markalı mikroavtobusla "Ford" markalı minik avtomobili toqquşub. Qəza zamanı 6 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov

Избранный
2
1
unikal.az

2Источники