AZ

Kobaxidze və Zelenski ilk dəfə görüşdü

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışıqlar aparıb.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Gürcüstan hökuməti məlumat yayıb.

“Ukrayna tərəfinin təşəbbüsü ilə keçirilən görüş ölkələr arasında münasibətlərin müzakirəsinə yönəldilib. Görüşdə hər iki ölkənin xarici işlər nazirləri də iştirak ediblər”.

Gürcüstan və Ukrayna hökumətlərinin nümayəndələri 2021-ci ildən bəri görüşməyiblər. 2021-ci ilin avqust ayında o vaxtkı Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Kiyevə rəsmi səfəri zamanı o, Zelenski ilə görüşüb.

Seçilən
17
1
cebheinfo.az

10Mənbələr