ain.az, Redaktor.az saytına istinadən bildirir.
Gürcüstan Baş naziri İrakli Kobaxidze Avropa Siyasi Birliyinin İrəvanda keçirilən sammiti çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparıb.
Redaktor.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidmətindən bildirilib.
“Ukrayna tərəfinin təşəbbüsü ilə keçirilən görüşdə ölkələr arasında münasibətlər müzakirə olunub. Görüşdə hər iki ölkənin xarici işlər nazirləri də iştirak ediblər”, - məlumatda deyilir.
Qeyd edək ki, Gürcüstan və Ukrayna rəsmiləri 2021-ci ildən bəri görüşməyiblər.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.