Idman.biz saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
“Formula-1” üzrə dünya çempionatının Mayami Qran-prisində “Mercedes”in pilotu Kimi Antonelli tarixi uğura imza atıb. Pouldan başladığı yarışda çətinliklərlə üzləşsə də, gənc sürücü finiş xəttini birinci keçməyi bacarıb.
İdman.Biz xəbər verir ki, startda liderliyini itirərək Şarl Lekler və Maks Ferstappendən geri qalan Antonelli, sonradan Ferstappenin trasdan çıxması ilə ikinci pilləyə yüksəlib. Yarışın gedişində Şarl Lekler və Lando Norrislə gərgin mübarizə aparan pilot, komandanın vaxtında verdiyi pit-stop qərarı sayəsində üstünlüyü yenidən ələ alıb.
"Mercedes"in tətbiq etdiyi erkən "undercut" strategiyası (Rəqibdən daha erkən pit-stopa girməyə əsaslanır. Sürücü köhnəlmiş təkərlərlə hərəkət edən rəqibindən daha tez yeni təkərlərə keçir) italiyalıya Norrisi qabaqlamaq və Maks Ferstappeni keçərək liderliyə yüksəlmək imkanı verib.
Bu qələbə ilə Kimi Antonelli "Formula-1" tarixində özünəməxsus rekorda imza atıb. O, karyerasında qazandığı ilk üç poul mövqeyinin hər birini qələbə ilə başa vuran ilk sürücü olub. Komanda yoldaşı Corc Rassellin yarışı dördüncü yerdə bitirməsi ilə Antonelli xallarının sayını artıraraq pilotların sıralamasında 20 xallıq üstünlüklə liderliyini möhkəmləndirib.
Qələbədən sonra təəssüratlarını bölüşən Antonelli komandanın strategiyasının həlledici olduğunu vurğulayıb:
“Komanda möhtəşəm strategiya qurdu və biz böyük bir “undercut” sayəsində qələbəni təmin etdik. Bu hələ başlanğıcdır, qarşıda uzun yol var. İndi bu qələbənin sevincini yaşayacaq, sonra isə üç həftə sonra keçiriləcək Kanada Qran-prisinə hazırlaşacağam”.
İdman.Biz
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.