AZ

Antonelli "Formula 1" Mayami Qran-prisinin təsnifat mərhələsinin qalibi olub

"Mercedes" komandasının italiyalı pilotu Kimi Antonelli "Formula 1" sinfində avtoyarışlar üzrə dünya çempionatının dördüncü mərhələsinin - Mayami Qran-prisinin təsnifat mərhələsində qələbə qazanıb.

"Far.Az" xəbər verir ki, yürüş Mayami Beynəlxalq Avtodromunda keçirilib.

Start düzümündə ikinci yeri "Red Bull"un heyətində çıxış edən hollandiyalı Maks Ferstappen tutub, liderlər üçlüyünü isə "Ferrari"nin monakolu pilotu Şarl Lekler tamamlayıb.

Daha əvvəl bu mərhələdəki sprint yarışını "Maklaren"dən olan britaniyalı Lando Norris qazanıb. Sprintin startından əvvəl "Audi" komandasının almaniyalı yarışçısı Niko Hülkenberqin bolidində alışma baş verib və bu səbəbdən o, yürüşü buraxmaq məcburiyyətində qalıb. Təsnifat mərhələsi zamanı analoji yanğın problemi onun komanda yoldaşı, braziliyalı Qabriel Bortoletonun maşınında da baş verib.

Əsas yarış mayın 4-nə, start isə Bakı vaxtı ilə 00:00-a planlaşdırılıb.

Seçilən
150
7
far.az

10Mənbələr