Azərbaycanın əməkdar artisti, tanınmış müğənni Xumar Qədimova bu dəfə səhnə obrazı ilə gündəmə gəlib.
Bakıvaxtı.az xəbər verir ki, ifaçının seçdiyi fərqli və cəsarətli geyim sosial şəbəkələrdə izləyicilərin diqqətini cəlb edib.
Paylaşılan görüntülərdə sənətçinin özünəməxsus üslubu və səhnə tərzi ön plana çıxıb. Onun geyimi izləyicilər tərəfindən maraqla qarşılanıb və müxtəlif rəylərə səbəb olub.
Qeyd edək ki, Xumar Qədimova tez-tez həm ifası, həm də səhnə obrazları ilə müzakirə mövzusuna çevrilir.


Murad