AZ

Məhkəmə zalından belə QAÇMAQ İSTƏDİ - ANBAAN VİDEO

Məhkəmə zalında baş verən hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Bakıvaxtı.az xəbər verir ki, yayılan görüntülərdə bir məhbusun məhkəmə zalından qaçmağa cəhd etdiyi anlar əks olunub. O, saxlanıldığı kabindən çıxmaq üçün müxtəlif yollar axtarıb və hətta tavandan qaçmağa cəhd edib.

Kadrlarda hüquq-mühafizə orqanlarının əməkdaşlarının məhbusu nəzarətdə saxlamaq üçün xeyli səy göstərdiyi görünür. Onun qaçış planı isə uğursuz alınıb.

Bildirilir ki, plan baş tutmadıqdan sonra həmin şəxs cəhdindən əl çəkib və yenidən nəzarət altına alınıb.

Sözügedən görüntülər sosial mediada maraqla qarşılanaraq istifadəçilər arasında geniş müzakirələr doğurub./Milli.az

Seçilən
21
50
bakivaxti.az

10Mənbələr