Filippinin Luson adasının cənub-şərqində yerləşən Mayon vulkanının püskürməsi nəticəsində 30 mindən çox ailə zərər çəkib.
Musavat.com xəbər verir ki, bu barədə Mülki Müdafiə İdarəsinin nümayəndəsi Dieqo Mariano məlumat yayıb.
Rəsmi açıqlamaya əsasən, 1,4 minə yaxın ailə artıq təxliyə mərkəzlərində yerləşdirilib.
Albay əyalətində beş ballıq şkala üzrə üçüncü səviyyəli təhlükə elan edilib, aviaşirkətlərə isə vulkan yaxınlığında uçuşların riskli olduğu barədə xəbərdarlıq edilib. Mayon vulkanının aktivliyi səbəbindən Bikol bölgəsi ilə Manila arasındakı iki aviareys artıq ləğv olunub.
Bundan əlavə, vulkan külünün yağması ilə əlaqədar hakimiyyət orqanları 4 may tarixində Albay əyalətinin bir neçə rayonunda dərslərin dayandırılması barədə qərar qəbul edib.
Musavat.com