AZ

Rusiyada dəhşətli YANĞIN: Əhali təxliyə edilir - VİDEO

Rusiyanın Perm şəhərində daha bir neft çəni partlayıb, yerli hakimiyyət orqanları əhalinin təxliyə olunduğunu elan edib.

Musavat.com xəbər verir ki, bu, səhər saatlarından bəri partlayan artıq dördüncü çəndir və şəhərin səmti qatı dumanla örtülüb.

Ukrayna Hərbi Dəniz Qüvvələri Krım körpüsünü qoruyan Rusiya katerlərinə zərbələr endirib. Kerç boğazında aprelin 30-na keçən gecə Rusiya Federal Təhlükəsizlik Xidmətinə (FTX) məxsus "Sobol" patrul keşikçi kateri və "Qraçonok" diversiya əleyhinə kateri vurulub. Ukrayna Silahlı Qüvvələri hücumdan sonra ciddi sanitar və bərpası mümkün olmayan itkilərin olduğunu bildirib.

Eyni zamanda, Perm şəhərinə Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) yeni hücumu barədə məlumatlar yayılıb. Səhər saatlarında şəhərdə həyəcan siqnalları səslənməyə davam edib və yerli sakinlər saat 07:00 radələrində şəhərin cənubunda bir neçə partlayış səsinin eşidildiyini bildiriblər. Təhlükəsizlik tədbirləri çərçivəsində şəhərdə "Xalça" (Kover) planı elan edilib, hava limanı bağlanıb. Permin İndustrial rayonunda yerləşən "Petroleum" məktəbinin şagirdləri təxliyə edilib, Perm Dövlət Universitetində dərslər ləğv olunub, Plexanov adına Rusiya İqtisad Universitetinin tələbələri isə distant təhsilə keçirilib.

Ukrayna teleqram kanallarının məlumatına görə, Permdəki xətti istehsal-dispetçer stansiyasında yeni partlayış baş verib. Qeyd edək ki, "Transneft" şirkətinə məxsus olan və neftin qəbulu, saxlanması və ötürülməsi üçün istifadə edilən bu stansiya ötən gün də PUA hücumuna məruz qalmışdı. Dünənki hücumdan sonra şəhər üzərini qara duman bürümüş, şahidlər şəhərə "neft yağışı" yağdığını bildirmişdilər.

Bundan əlavə, ötən gecə Rusiyanın Novqorod vilayətində də partlayış səslərinin eşidildiyi qeyd olunur.

Musavat.com

Seçilən
54
musavat.com

1Mənbələr