AZ

Gecikmisiz, indiyə “pəpə” qalar?

Premyer Liqada 14-cü məğlubiyyəti dünən Yevlaxda «Kəpəz»dən alan «Sumqayıt»ın məşqçisi ilk dəfə hakimlərdən şikayətlənib.

Əli Əliyevin iki penalti qərarından birinisinə etiraz edib, deyib, əmbə mən bunun səbəbini bilmirəm.

Klubun press-ateşesi Zaur Xudiyev də hakimlikdən mətbuat konfrasında gileylənib. O da deyib ki, danışmayana «pəpə» yoxdur.

Əlbəttə, susmaq gümüşdürsə, danışmaq qızıldır. Buyurun, Ehtiram Quliyev aləmi qatdı o gün, ondan sonra bir hakim «Turan Tovuz»un həndəvərindən keçməyə cəsarət etmir.

Birinin hünəri çatmır ki, mübahisəli epizod zamanı «Turan»ın əleyhinə qərar çatmır. Gözoəri qorxub axı.

Bilirlər ki, xırda bir şey olsa, Quliyev yenə səsini başına atıb, dizin birini yerə qoyub kiminsə su içməyindən, nə bilim, nədən danışacaq.

«Sumqayıt» bu məsələdə gecikdi. Bu mövsüm hakimlər onlara az ziyan vurmayıb. Di gəl, indiyədək nə bir bəyanat yayıblar, nə də etirazın başqa formasına üz tutublar. Lal olub oturublar yerlərində.

Əşşi, düzələr də… Bu xəyalla yaşayıblar, bir də təzəlikcə ayılıblar ki, paho, mövsümün başa çatmasına heç nə qalmayıb.

Rəhmətliyin uşağı, iş bitib e! Dəmiri isti-isti döyərlər.

Ayaqüstü təxmini hesablamışam az əvvəl. Yadımda qaldığı qədər hakimlər cari mövsümdə azı 12-13 oyunda «Sumqayıt»a ilişib və ilişdirib.

Reaksiyaya gec qalmısız. Vaxtında media vasitəsilə hay-küy qaldırsaydız, Yevlaxdakı mətbuat konfransında o üç-dörd kəlməyə ehtiyac qalmazdı, «Sumqayıt» da liderlər qrupunda idi indi.

MUSA

Seçilən
8
2
sportinfo.az

10Mənbələr