AZ

“Məni xuliqan kimi tanımalarını istəmirəm” – Saşa İliç - VİDEO

YEVLAX, 2 may. TELEQRAF

“Bir məşqçi olaraq məni xuliqan və ya qeyri-peşəkar kimi tanımalarını istəmirəm. Aqressiv insan deyiləm. İstəmirəm ki, belə bir imic formalaşsın və bu, mənim karyerama təsir etsin”.

Teleqraf xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında “Sumqayıt”ın baş məşqçisi Saşa İliç deyib.

Serbiyalı mütəxəssis Azərbaycan Premyer Liqasının XXX turunda səfərdə “Kəpəz”ə 1:2 hesabı ilə məğlub olduqları oyunda hakimlikdən narazılığını bildirib. Baş məşqçi matçın sonunda haqsız yerə qırmızı vərəqə ilə cəzalandırıldığını qeyd edib:

“Baş hakim Əli Əliyevə yaxınlaşıb sadəcə vərəqənin nə ilə bağlı olduğunu soruşmaq istəyirdim. Hakimliklə bağlı heç yerdə bu qədər problemlə üzləşməmişəm. Futbolçu olaraq da belə hallarla rastlaşmışam, amma bu qədərini görməmişəm. VAR-ın olduğu vaxtda bunun niyə baş verdiyini anlamıram”.

Ətraflı video:

Seçilən
38
50
teleqraf.com

10Mənbələr