AZ

Hörmüzə nəzarət nüvə silahından daha mühümdür - İran

İran parlamenti Hörmüz boğazı üzərində nəzarəti təmin etmək üçün 12 maddəlik planı müzakirə edir.

Musavat.com Reuters-ə istinadən xəbər verir ki, plana əsasən, İsrail gəmilərinin boğazdan keçidi birdəfəlik qadağan ediləcək, "düşmən ölkələrdən" olan gəmilərin yalnız müharibə təzminatını ödədikdən sonra keçməsinə icazə veriləcək.

ABŞ artıq İrana Hörmüzdən keçid üçün rüsum ödəyənlərin sanksiyalarla üzləşəcəyi barədə xəbərdarlıq edib. İran Parlamenti sədrinin birinci müavini Əli Nikzad bildirib ki, İsrail gəmilərinin keçidi "istənilən vaxt" rədd ediləcək. "Düşmən ölkələrdən" olan gəmilərin də müharibə zamanı dəymiş ziyana görə kompensasiya ödəmədən boğazdan keçməsi qadağan olunacaq. O, İsraildən başqa heç bir konkret ölkənin adını çəkməyib, lakin İran rəsmiləri əvvəllər ABŞ və Vaşinqtonun bir neçə ərəb müttəfiqi ilə bağlı oxşar ifadələrdən istifadə ediblər. Digər ölkələrdən olan gəmilərin tranzitinə icazə veriləcək, lakin onlar yalnız "Fars körfəzi" adından istifadə etməlidirlər. Toplanan vəsaitin otuz faizinin hərbi infrastrukturun inkişafına, daha 70 faizinin isə iqtisadi inkişafa və sosial ehtiyaclara sərf olunması planlaşdırılır.

Parlamentin Tikinti Komissiyasının sədri Məhəmmədrza Rezai İranın boğaz üzərində nəzarətinin əhəmiyyətini 1951-ci ildə neft sənayesinin milliləşdirilməsi ilə müqayisəedib: "Hörmüz boğazına nəzarət nüvə silahı əldə etməkdən daha vacibdir".

Nikzad isə vurğulayıb ki, İran boğazı müharibədən əvvəlki vəziyyətinə qaytarmayacaq.

Musavat.com

Seçilən
21
6
musavat.com

6Mənbələr