AZ

İran parlamentindən Hörmüz boğazı ilə bağlı sərt addım: 12 bəndlik yeni nəzarət planı

İran parlamentinin deputatları strateji əhəmiyyətli Hörmüz boğazı üzərində daimi nəzarəti rəsmiləşdirən yeni qanun layihəsi hazırlayıblar. "12 bəndlik idarəetmə planı" kimi tanınan bu sənəd bölgədəki gəmiçilik rejimini müharibədən əvvəlki dövrlə müqayisədə köklü şəkildə dəyişməyi hədəfləyir.

Musavat.com xəbər verir ki, sənədin müddəalarına əsasən, İsrail bayrağı altında üzən və ya bu ölkəyə məxsus olan gəmilərin boğazdan keçid hüququ "istənilən vaxt" üçün daimi olaraq ləğv edilir. Parlamentin spikerinin birinci müavini Əli Nikzad bu qadağanın hazırlanan qanunun ən mühüm bəndlərindən biri olduğunu vurğulayıb.

"Düşmən dövlətlər" (bura ilk növbədə ABŞ və onun müttəfiqlərinin daxil olduğu ehtimal edilir) üçün isə daha ağır şərtlər müəyyən olunub. Belə ki, həmin ölkələrin gəmiləri Hörmüz boğazından yalnız müharibə zamanı İrana dəymiş ziyanı tam ödədikdən sonra keçə biləcəklər. Əli Nikzad bu tələbi "dəymiş ziyanın kompensasiyası" adlandırsa da, ödənişlərin məbləği və ya müddəti barədə hələlik dəqiq məlumat verməyib.

Musavat.coim

Seçilən
27
6
musavat.com

6Mənbələr