AZ

MPL: Yeni çempion Şamaxı səfərində, Zirə Qəbələ yə qarşı

ain.az bildirir, Fanat saytına əsaslanaraq.

Misli Premyer Liqasında 30-cu tur davam edir. 

Fanat.Az xəbər verir ki, ötən gün start götürən tur çərçivəsində bu gün daha iki qarşılaşma baş tutacaq. 

Əvvəlcə "Şamaxı" çempionluğu həftəiçi rəsmiləşən "Sabah"ı qəbul edəcək. 

Günə Bakıda yekun vurulacaq. "Zirə" "Qəbələ"ni sınağa çəkəcək. 

Qeyd edək ki, ötən gün keçirilən oyunlarda "Kəpəz" evdə "Sumqayıt"ı 2:1, "İmişli" isə səfərdə "Araz-Naxçıvan"ı 1:0 hesabı ilə üstələyib. 

Tur 5 mayda başa çatacaq. 

Misli Premyer Liqası

30-cu tur

3 may

16:00. “Şamaxı” – “Sabah”

Hakimlər:  Kamal Umudlu, Vüsal Məmmədov, Tərlan Talıbzadə, Kamran Əliyev. 

VAR: İnqilab Məmmədov, Şirmamed Mamedov. 

Hakim-inspektor: Feyzulla Feyzullayev. 

AFFA nümayəndəsi: İlham Əliyev. 

Şamaxı. Şəhər stadionu. 

18:30. “Zirə” – “Qəbələ”  

Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Teymur Teymurov, Əkbər Əhmədov. 

VAR: Rəvan Həmzəzadə,  Cəmil Quliyev. 

Hakim-inspektor: Ömər Paşayev. 

AFFA nümayəndəsi: Zümrüd Ağayeva. 

Zirə. İdman Kompleksinin stadionu.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
29
13
fanat.az

10Mənbələr