Misli Premyer Liqasının 30-cu turunda “Kəpəz” “Sumqayıt” ilə qarşılaşıb.
“İki sahil” yazır ki, yarışın 64-cü dəqiqəsində “Sumqayıt” hesabı açıb. Belə ki,dirəkdən qayıdan top “Kəpəz”in qapıçısı Yusif İmanovun əlinə dəyərək qapı xəttini keçib.
86-cı dəqiqədə penaltini dəqiq yerinə yetirən Rauf Hüseynli hesabı bərabərləşdirib. O, 89*-cu dəqiqədə növbəti dəfə penaltini dəqiq yerinə yetirərək komandasının və özünün ikinci qolunu vurub – 2-1.
Bununla da Gəncə təmsilçisi qələbəyə sevinən tərəf olub.
Misli Premyer Liqası,
30-cu tur
2 may (şənbə)
16:00. “Kəpəz” 2-1 “Sumqayıt”
Qollar: Yusif İmanov, 64 (0-1), Rauf Hüseynli, 86-pen. (1-1), Rauf Hüseynli, 89-pen. (2-1)
Yevlax şəhər stadionu
Məhərrəm Ağalaroğlu, “İki sahil”