ain.az, Apa.az portalına istinadən məlumat verir.
“Barselona” İspaniya La Liqasının XXXIV turunda səfərdə “Osasuna”nın qonağı olub.
APA xəbər verir ki, görüş Kataloniya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Matçda bütün qollar 2-ci hissədə vurulub. Qonaqların heyətində Robert Levandovski və Ferran Torres, meydan sahiblərindən isə Raul Qarsiya fərqlənib.
La Liqada ardıcıl 10-cu qələbəsini qazanan “Barselona” hazırda 88 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. 74 xalla 2-ci sırada yer alan “Real Madrid” bu gün “Espanyol” səfərində xal itirsə, kataloniyalılar sona 4 tur qalmış çempionluğu təmin edəcək.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.