ain.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İspaniya futbol çempionatında 34-cü turun oyunları keçirilir və turnir cədvəlinin yuxarı hissəsində həlledici mərhələyə yaxınlaşılır.
İdman.Biz-in məlumatına görə, “Barselona” 85 xalla liderdir və “Real Madrid”i 11 xal qabaqlayır. “Vilyarreal” 65 xalla üçüncü, “Atletiko Madrid” 60 xalla dördüncü pillədə qərarlaşıb. “Real Betis” isə 50 xalla beşinci yerdədir.
“Osasuna” - “Barselona”
Turun əsas diqqət mərkəzində “Osasuna” - “Barselona” oyunu olacaq. Hans-Diter Flikin komandası bu turda İspaniya çempionluğunu rəsmiləşdirə bilər. Bunun üçün katalonlar Pamplonada qələbə qazanmalı və “Real Madrid”in “Espanyol”a qarşı oyunda qalib gəlməməsini gözləməlidirlər. Madrid klubunun məğlubiyyəti “Barselona”nın 4 tur qalmış 14 xallıq üstünlük əldə etməsinə səbəb olacaq, heç-heçə isə 13 xal fərqi yaradacaq və “Real”ın riyazi şanslarını da tamamilə aradan qaldıracaq.
Lakin “Osasuna” ilə səfər oyunu asan görünmür. Pamplona təmsilçisi 42 xalla doqquzuncu yerdədir və liderə ciddi çətinlik yarada bilər. İlk dövrədə “Barselona” bu rəqibi 2:0 hesabı ilə məğlub etmişdi. Katalonların heyətində Lamine Yamal və Andreas Kristensen zədəlidir, Jül Kunde cəzalıdır. Mark Bernal və Rafinhanın vəziyyəti isə ayrıca qiymətləndirilib. Flik təsdiqləyib ki, Rafinhanın heyətdə olması gözlənilir, Bernal da oyun dəqiqələri ala bilər.
“Valensiya” - “Atletiko Madrid”
Turun digər vacib qarşılaşması “Valensiya” - “Atletiko Madrid” matçıdır. Dieqo Simeonenin komandası 60 xalla dördüncü yerdədir və “Real Betis”lə 10 xallıq fərq saxlayır, lakin vəziyyət tam təhlükəsiz deyil.
Bundan əlavə, komanda Çempionlar Liqasının yarımfinalında “Arsenal”la qarşılaşmaya hazırlaşır. İlk oyunda 1:1 heç-heçə qeydə alındığından, London səfəri öncəsi gücün düzgün bölüşdürülməsi vacibdir.
“Atletiko”nun heyətində ciddi itkilər var. Simeone bildirib ki, Xulian Alvares, Aleksandr Sörlot, Culiano Simeone, Pablo Barrios və Xose Mariya Ximenes bu oyunu buraxacaqlar. İlk dövrədə “Atletiko” “Valensiya”nı 2:1 hesabı ilə məğlub etmiş, qələbə qolunu Antuan Qrizmann vurmuşdu. “Valensiya” 39 xalla 12-ci yerdədir və evdə rəqibin mümkün rotasiyasından yararlanmağa çalışacaq.
La Liqanın 34-cü turunun oyun cədvəli
1 may
“Jirona” - “Malorka” 0:1
2 may
“Vilyarreal” - “Levante”
“Valensiya” - “Atletiko Madrid”
“Alaves” - “Atletik”
“Osasuna” - “Barselona”
3 may
“Selta” - “Elçe”
“Xetafe” - “Rayo Valyekano”
“Real Betis” - “Real Oviedo”
“Espanyol” - “Real Madrid”
4 may
“Sevilya” - “Real Sosyedad”
Turnir cədvəli
“Barselona” - 85
“Real Madrid” - 74
“Vilyarreal” - 65
“Atletiko Madrid” - 60
“Real Betis” - 50
“Xetafe” - 44
“Selta” - 44
“Real Sosyedad” - 43
“Osasuna” - 42
“Atletik” - 41
“Rayo Valyekano” - 39
“Valensiya” - 39
“Espanyol” - 39
“Elçe” - 38
“Malorka” – 38
“Jirona” - 38
“Alaves” - 36
“Sevilya” - 34
“Levante” - 33
“Real Oviedo” - 28.
Teymur Tuşiyev
İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.