Ukrayna Prezidenti Volodimir Zelenski öz ofisinin keçmiş rəhbəri Andrey Boqdana qarşı sanksiyalar tətbiq edib.
Bizim.Media xəbər verir ki, bu barədə prezidentin saytında dərc olunmuş fərmanda qeyd olunub. Məhdudlaşdırıcı tədbirlər 10 il müddətinə müəyyən edilib.
Sənədə əsasən, Boqdanın hərəkətləri Ukraynanın milli maraqlarına, təhlükəsizliyinə, suverenliyinə və ərazi bütövlüyünə təhdid kimi qiymətləndirilir. Məhdudiyyətlər bir sıra qadağaları nəzərdə tutur, dövlət mükafatlarından məhrumetmə isə müddətsiz olaraq tətbiq edilib.
Açıq mənbələrin məlumatına görə, Boqdan hazırda Avstriyada yaşayır. Onun Zelenskini dəfələrlə, o cümlədən şəxsi çıxışlarında tənqid etdiyi məlumdur.
Bizim.Media